İran yenə də Azərbaycanı hədələyir. Bu dəfə açıq şantaja keçiblər. Yəni "susun, susmasanız filan şeylər olacaq" kimi... Əslində burda susmalı olan tərəf İrandır... elə olacaqlardan qorxmalı olan tərəf də İrandır... Çünki hazırda baş verənlər də tədsdirləyir ki, müşahidə olunanlar sıradan bir proses deyil və İranın şəklinin dəyişdirilməsi hadisəsinin işartılarıdır... Azərbaycan da bir dövlət olaraq Güney Azərbaycan torpaqlarına və bu torpaqlarda yaşayn 40 milyonluq millətdaşlarına sahiblənmə təşəbbüsü ilə yola çıxıb. Azərbaycanın bu məsələdə susması, bir köşəyə çəkilməsi absurd olardı və ən azından xəyanət kimi anlaşılardı... MİLLİ XƏYANƏT kimi... Lakin gördüyümüz odur ki, İrandakı fars-molla rejimi susmalı olduğu halda susmur. 44 günlük savaşın nəticələrini həzm etmədiyini aşkar şəkildə ifadə etdiyi kimi indi də Qarabağa burun soxur. Təbii ki Rusiyanın ortaqlığı ilə... Hər halda Qarabağın qapılarını əmanət etdiyimiz ruslardan xəbərsiz hansısa fars gədəsinin Xankəndidə görükməsi imkansızdır... Beləcə rusun da iştrakı ilə Qarabağda ürəyimizi bulandırmağa çalışan molla rejimi anlamalıdır ki, bunun betər cavabı olacaq... Düzdür, İran İslam Respublikası adı altında çətirlənən fars-molla rejimi Allaha inanmır... Amma Allahın yaradacağı bir gözəl fürsətin bizi gözlədiyinə inansın... O günü Allah bizə qismət edəcək... BAX, biz bu yoldayıq... NİYƏ SUSAQ Kİ? O gün MÜTLƏQ GƏLƏCƏK... İlham Əliyev həqiqətən də 50 milyonluq Azərbaycanın Prezidenti kimi "Təbriz, sən azadsan" deyib "tvit" atacaq, milləti müjdələyəcək... Yəni bu qədər yaxın...